Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları “Nəsimi ili” çərçivəsində şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu deyilən Şamaxı rayonundakı “Şahxəndan qəbristanlığı”nda epiqrafik tədqiqatlara başlayıblar. İnstitutun numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və aparıcı elmi işçisi, dosent Anar Ağalarzadənin birgə apardıqları araşdırmalarla epiqrafik məzar daşlarının estampı (qabarıq yazı və təsvirlərin kağız üzərində əksi) çıxarılmış və epitafiyalardakı (qəbirüstü yazı) mətnlərin dəqiqləşdirilmələri aparılıbdır.
Baş daşı və sənduqələrdən ibarət olan türbənin daxilindəki qəbirlər uzun illər açıq havada qaldığı üçün kitabələri qismən dağılıb. Sonrakı dövrdə bu məzar daşları üzərində səkkizguşəli türbə inşa etdirilib. Türbənin giriş hissəsindəki çatmaqtağlı qapı yerinin yuxarısında kitabənin yalnız boş yeri qalıb. Ehtimal ki, bu kitabə müəyyən bir dövrdə götürülüb.
Türbənin daxilindəki sinə daşı sənduqələri 1,70x0,35x0,50 metr, baş daşları isə 1,78x0,43x0,18 metr ölçüsündə olub, üzərinə ərəb dilinin süls elementli nəsx xəttilə kitabələr həkk edilib. Sənduqələrdən birində müqəddəs Quranın “Bəqərə” surəsinin 255-256-cı ayələri olan “Ayətül-kürsi” həkk olunub. Digər sənduqədə isə, yalnız nəbati ornamentlərdən ibarət naxış elementi çəkilib. Məzar daşları üzərində aparılacaq epiqrafik araşdırmalar tam başa çatdıqdan sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaq.
Tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin sözlərinə görə, qəbiristanlıqda dəfn olunan Şahi Xəndan (vəfatı:1426) (o, “Julidəmuy” (farsca “dağınıq saçlı” ləqəbi ilə məşhur idi) qardaşı Seyid İmadəddin Nəsimi (1369-1417) ilə birlikdə Şamaxıda “Məclis-əş-Şüəra” adlanan poeziya və musiqi həvəskarları məclisini qurmuşdur. Sufizmin bir qolu olan hürufilik ideyalarını yaymaq məqsədilə Nəsimi Şamaxını tərk etdikdən sonra bu sənət məclislərini qardaşı Şahi Xəndan idarə edib. Tədqiqatçılara görə, türbədəki ikinci məzar daşının arxa hissəsindəki təsvirlər də məhz bilavasitə sufizm təriqəti ilə bağlı müəyyən fikirləri əks etdirir.
Şahi Xəndan Nəsiminin “kəşfi-əsrar” etdiyindən xəbərdar olduqda, qardaşını ehtiyatlı olmağını bildirərək bu beyti göndərib:
Gəl, bu sirri kimsəyə faş eyləmə,
Xani-xası amməyə aş eyləmə,
Həmçinin görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) məzarı da Şaxəndan qəbiristanlığında yerləşir. Şair məhz burada basdırılmasını vəsiyyət edibmiş:
Mən öləndə Şaxandanda basdırın,
Çünki onun Şahi-Xəndanı vardır.
Hazırda çıxarılmış estamplar üzərində epiqrafistlər tərəfindən tədqiqat işləri davam edir.
Tehsil-press.az