Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində birinci Beynəlxalq Ənənəvi Türk Məzar Daşları Simpoziumunun açılış mərasimi olub.
MATM, Xəzər Universiteti, Türkiyənin Ərciyəs Universiteti, Türk Tarih Qurumu tərəfindən təşkil olunan tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı ermənilərin işğal etdikləri torpaqlarımızda məhv edilən tarixi abidələrimizin, o cümlədən məzar daşlarının tədqiqinin əhəmiyyətini vurğulayıb. O, ermənidilli alban abidələrinin də Azərbaycanın tarixi irsi olduğunu və araşdırılmasının vacibliyini qeyd edib.
Muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva, ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva, Ərciyəs Universitetinin ədəbiyyat fakültəsi sənət tarixi kafedrasının əməkdaşı, dosent Cəlil Arslan mövzu ilə bağlı çıxış ediblər.
Alimlər ortaq türk tarixinin araşdırılmasında bu kimi beynəlxalq tədbirlərin elmi əhəmiyyətini diqqətə çatdırıblar.
Qeyd edək ki, sentyabrın 21-dək davam edəcək simpoziumda türk dünyasında məzar mədəniyyəti, dəfn adətləri, inanclar, adət-ənənələr, kurqanlar, türbə və günbəzlər, məzarlıqlar, məzar daşları və digər mövzularla bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Tehsil-press.az