Professor Paul Gibbs Azərbaycan Universitetində master-klass keçib

Professor Paul Gibbs Azərbaycan Universitetində master-klass keçib Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzində magistrant, doktorant və dissertantlar üçün “Tədqiqat metodları” seriyasından ikinci master-klass keçirilib. Master-klassı Azərbaycan Universiteti rektorunun məsləhətçisi, Maliyyə və iqtisadiyyat kafedrasının professoru Paul Gibbs aparıb.
İki həftədən bir keçirilən mater-klasslar tədqiqat metodologiyaları və yanaşmaları, tədqiqat layihəsi üçün materialın toplanması, metodların seçilməsi, materialın kəmiyyət və keyfiyyət baxımından təhlil və təqdim olunması, elmi ədədbiyyatın analizi, tədqiqat suallarının müəyyənləşdirilməsi, tədqiqatın planlaşdırılması, etik prinsiplər, tədqiqatın nəticələrinin çap olunması mövzularını əhatə edir.
Master-klass magistrant, doktorant və dissertantların layihə, diplom və dissertasiya işlərinin uğurlu hazırlanması üçün tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


Professor Paul Gibbs Azərbaycan Universitetində master-klass keçib

Professor Paul Gibbs Azərbaycan Universitetində master-klass keçib

Oxşar xəbərlər