ADU-da “ Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçrilib

ADU-da “ Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçrilib Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin yeməklərinin Azərbaycanda da sevildiyini vən son zamanlar daha da məşhurlaşdığını qeyd edib. Professor bildirib ki, Milli Kulinariya Mərkəzi ilə bağlanılan müqavilə əsasında Azərbaycanda təşkil olunan beynəlxalq müsabiqələrdə Konfutsi İnstitutu dəfələrlə layiqli yerlər qazanıb.
Konfutsi İnstitutu əməkdaşları master-klass iştirakçılarına Çin kulinariya sənətinin ənənələrindən danışaraq, Çin mətbəxinin tarixi, regional üslubu və tanınmış yeməkləri haqqında məlumat verib. O cümlədən Çin tərəvəz yeməklərinin hazırlanması prosessi ilə yanaşı, Çin souslarından istifadə etmə yolları, “Gong bao ji” – “döyülmüş xiyar” hazırlanması qaydaları nümayiş etdirilib.
Sonda Çin kulinariyası mövzusunda film nümayiş olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da “ Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçrilibADU-da “ Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçrilibADU-da “ Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçrilibADU-da “ Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçrilibADU-da “ Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçrilibADU-da “ Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçrilib

Oxşar xəbərlər