ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib

ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib Oktyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Dəyirmi masa keçirilib. Tədbirdə BDU-nun və ADPU-nun rəhbərliyi, professor-müəllim heyətləri və tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları ADPU-da fəaliyyət göstərən BDU məzunlarının elmi əsərlərindən ibarət sərgi və TÜRKSOY kafedrası ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq BDU-nun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor çıxışında BDU-nun zəngin tarixi keçmişə malik, Azərbaycan xalqının inkişafında böyük rol oynamış bir elm, mədəniyyət və təhsil müəssisəsi olduğunu bildirib. BDU Azərbaycan Xalq Cümhuriyyətinin bizə bir yadigarıdır. Bu 100 il ərzində universitet Azərbaycan xalqına müxtəlif sahələrdə xidmətlər etmişdir. Universitet yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirmişdir. Bu xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur. BDU-nun 100 illik yubileyi UNESCO-da təntənə ilə keçirilib. Rektor Cəfər Cəfərov çıxışının sonunda mötəbər yubileyin ADPU-da keçirilməsindən məmnunluq duyduğunu bildirib və uğurlar arzulayıb.
BDU-nun rektoru dosent Elçin Babayev ADPU-nun professor-müəllim heyətini və tələbələrini salamlayaraq tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. E.Babayev Universitetin Azərbaycan Parlamenti tərəfindən 1919-cu ildə təsis edildiyini bildirərək 100 il ərzindəki fəaliyyətinin uğurları barədə geniş məlumat verib. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Universitetin inkişafına daimi diqqət və qayğısını xüsusi vurğuladı. Qeyd etdi ki, BDU klassik universitet olmaqla yanaşı, təhsilin məbədi sayılır. Eyni zamanda xalqın sosial-siyasi həyatında əsas rol oynamış bir qurumdur. Universitetin əsas inkişaf istiqaməti təhsil, elm, innovasiyalar, sosiallıq və beynəlmiləlləşməkdir. Universitetin 16 fakültəsi, 121 kafedrası uğurla fəaliyyət göstərir. Çalışır və inanırıq ki, BDU növbəti 100 illiyə yeni enerji ilə qədəm qoyaraq daha böyük uğurlar qazanacaqdır...
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov 100 illik yubileyin çox əlamətdar hadisə olduğunu, BDU-nun 100 ildə çox böyük uğurlara imza atdığını vurğulayıb. Bu gün dünyada söz sahibi olan bir millətin və dövlətin varlığı həmçinin BDU-nun fəaliyyətinin məntiqi nəticəsidir. Dünyanın 70-ə qədər ölkəsində diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərməsi, Azərbaycan alimlərinin dünyanın ən nüfuzlu elm mərkəzlərində təmsil olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında Bakı Dövlət Universitetinin xüsusi payı danılmazdır. Professor A.Zamanov çıxışının sonunda ADPU-da fəaliyyət göstərən BDU məzunlarının sərgidə nümayiş etdirilən monoqrafiya, dərslik və dərs vəsaitlərinin BDU kitabxanasına hədiyyə etmək qərarını bildirdi. Rektor E.Babayev qiymətli hədiyyəyə görə təşəkkür etdi.
Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev çıxışında BDU ilə bağlı xatirələrini bölüşərək əlamətdar yubiley münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında BDU-nun böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Universitetin 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadə, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı professor Fərrux Rüstəmov BDU-nun yaranma tarixi, fəaliyyəti və inkişafı haqqında məruzələrlə çıxış ediblər.
Sonda xatirə şəkilləri çəkdirildi.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib

ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib

ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib

ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib

ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib

ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib

ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib

ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib

Oxşar xəbərlər