Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov dekabr ayının 5-də tanınmış və nüfuzlu Strike Plagiarism şirkətinin regional direktoru Əli Təhməzov və direktoru Aleksandr Stryameslə görüşüb. Görüşdə ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov da iştirak edib. Məlumat üçün bildirək ki, bu il avqust ayının 1-də ADPU ilə Strike Plagiarism şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin bağlanılmasında əsas məqsəd universitetlər arasında şəbəkənin yaradılması, axtarış antiplagiat mexanizminin və antiplagiat sisteminin geniş funksionallığının sınağını yaxşılaşdırmaqdır. Qeyd edək ki, bağlanmış müqavilə əsasında ötən müddət ərzində bir çox işlər görülüb, o cümlədən ADPU-nun müvafiq mütəxəssisləri üçün 3 təlim təşkil edilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı rektor qonaqlara ADPU-nun elmi potensialı haqqında məlumat verib və təlimlərin təşkilinə görə şirkətin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, Təhsil Nazirliyi ADPU-ya bu sahədə dəstək verir.
Strike Plagiarism şirkətinin regional direktoru Əli Təhməzov və direktoru Aleksandr Stryames də əməkdaşlıq müqaviləsinin həyata keçirilməsinə görə ADPU-nun rəhbərliyinə minnətdarlıq ediblər. Görüşdə hər iki tərəf qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə inamlarını ifadə ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi