Azərbaycan Universiteti Ukrayna universiteti ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Universiteti Ukrayna universiteti ilə əməkdaşlığı genişləndirir Azərbaycan Universiteti ilə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramının tətbiqinin ardından yeni əməkdaşlıq istiqaməti müəyyənləşdirilib.
Əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın Xarkov Milli Radioelektronika Universitetinin prorektoru professor Murad Omarov ilə görüşündə aparılıb.
Görüşdə universitetlər arasında tətbiqinə yeni başlanan beynəlxalq birgə ikili diplom proqramınının icrası da nəzərdən keçirilib. Proqram bakalavriat və magistratura pillələri üzrə kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi və ali təhsil müəssisələrinin diplomları təqdim olunacaq.
Qeyd edək ki, beynəlxalq əlaqələrin genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlıqların qurulması hər iki universitetin strateji hədəfləri sırasındadır. Universitetlərin profili və öncəlikləri tərəflər arasında əməkdaşlığın çoxşaxəli və səmərəli olmasına imkan yaradır.

Mətbuat Xidməti


Oxşar xəbərlər