177 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

177 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.
Birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək. Bu zaman vərəsələrə ödənişin onların hesablarına köçürüldüyü barədə rəsmi bildiriş göndəriləcək.
Qeyd olunur ki, ümumilikdə, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11 740 şəhidin 17 479 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 96 faiz icra olunub.

Tehsil-press.az


Oxşar xəbərlər