“Vikipediya”da Aprel döyüşləri ilə bağlı məqalələr yerləşdirilib

“Vikipediya”da Aprel döyüşləri ilə bağlı məqalələr yerləşdirilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Aprel döyüşlərinin ildönümü münasibətilə məqalələr yaradılıb.
Azərbaycanca “Vikipediya”da yerləşdirilən məqalələr Aprel döyüşlərində, eləcə də 2015-ci ildə Qarabağ müharibəsində fədakarlıq göstərmiş hərbçilərimizə həsr olunub. Məqalələrdə hərbi şücaətinə görə orden və mükafatlarla təltif edilən Azərbaycan ordusunun ehtiyatda olan hərbçiləri – polkovnik-leytenant Elşən Qarayev, kapitan Əliağa Zeynalov, xüsusi təyinatlılar Ülfət Həsənov və Eşqin Hüseynov, İlqar Babayev və Natiq Mehdiyev haqqında məlumatlar yerləşdirilib. Məlumatlarla daha ətraflı
https://az.wikipedia.org/wiki/%C6%8Flia%C4%9Fa_Zeynalov#M%C3%BCkafatlar%C4%B1
https://az.wikipedia.org/wiki/El%C5%9F%C9%99n_Qarayev
https://az.wikipedia.org/wiki/%C4%B0lqar_Babayev#H%C9%99rbi_xidm%C9%99t_ill%C9%99ri
https://az.wikipedia.org/wiki/Natiq_Mehdiyev
https://az.wikipedia.org/wiki/%C3%9Clf%C9%99t_H%C9%99s%C9%99nov
https://az.wikipedia.org/wiki/E%C5%9Fqin_H%C3%BCseynov#M%C3%BCkafatlar%C4%B1 linkləri vasitəsilə tanış olmaq mümkündür.
Xatırladaq ki, Aprel döyüşlərində şəhid olan hərbçilərimizin siyahısı, onlar haqqında məlumatlar MEK-in Milli Rəqəmsal Yaddaş bazasına da daxil edilib.

Tehsil-press.az

Oxşar xəbərlər