Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təlimçiləri tərəfindən digər müəssisələrin nümayəndələrinə, həmçinin ali məktəblərin müəllim və tələbə heyətinə müxtəlif təlimlər keçirilir.
Vikitəlimlərdə Milli Aviasiya Akademiyasının tələbələri də iştirak ediblər. Təlimçi Səbinə Abızadə tələbələri “Vikipediya”da məqalə yaratmağın qaydaları barədə məlumatlandırıb.
Qeyd edək ki, Milli Aviasiya Akademiyasının tələbələri tərəfindən “Vikipediya”da texnika və aviasiya mövzuları üzrə 200-dən çox məqalə yerləşdirilib. Tələbələr tərəfindən aviasiya sahəsində məqalə yaradılması və redaktə olunması davam edir.

Mətbuat Xidməti