Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır.
Mərkəzin könüllüləri ilə görüşən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu onlara məsuliyyətli işdə uğurlar arzulayıb.
“Azərbaycan və başqa dillərdə “Vikipediya”da məqalələrin yaradılmasında və redaktə olunmasında jurnalistika fakültəsinin tələbələrinin üzərinə böyük yük düşür. Yaradılan “Vikipediya” Metodik Mərkəzinin könüllüləri boşluqların aradan qaldırılmasına səmərəli töhfə verəcəklər”, - deyə V.Zifəroğlu əlavə edib.
Xatırladaq ki, 2018-ci ildə MEK ilə BDU-nun elmi kitabxanası və Jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda tərəflər arasında informasiya və sənəd mübadiləsinin aparılması, müəssisələrin elmi vəsait bazalarının zənginləşdirilməsi və gələcəkdə birgə layihələrin təşkili məsələləri nəzərdə tutulub.
Tehsil-press.az