“Vikipediya”da Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov haqqında məqalə yaradılıb

“Vikipediya”da Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov haqqında məqalə yaradılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Rusiya Jurnalistlər İttifaqının katibi, bu yaxınlarda Prezident Vladimir Putinin ikinci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif etdiyi Rafael Hüseynov haqqında məqalə yaradılıb.
“Vikipediya”da Azərbaycan dilində yaradılan məqalədə soydaşımız Rafael Hüseynovun həyat və fəaliyyəti, ümummilli lider Heydər Əliyev ilə tanışlığı barədə məlumatlar əksini tapıb.
Qeyd edilib ki, Rafael Hüseynov 1949-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsində, Paris Sorbon Universitetində təhsil alıb. “Molodyoj Azerbaydjana”, “Komsomolskaya pravda”, “Trud” və digər qəzetlərdə, ölkəmizin Rusiyadakı səfirliyində işləyib. Rusiyanın Əməkdar mədəniyyət işçisidir.

Tehsil-press.az

Oxşar xəbərlər