ADPU-da Aprel şəhidi Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr edilmiş silsilə elmi-praktiki seminarların yekunu və iştirakçıların təltifetmə mərasimi keçirilib

ADPU-da Aprel şəhidi Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr edilmiş silsilə elmi-praktiki seminarların yekunu və iştirakçıların təltifetmə mərasimi keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və universitetin Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi Taleh Mirzəyevin rəhbərliyi ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart ayına qədər ADPU-da icra olunan Aprel şəhidi, Lələtəpə fatehlərindən biri Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr edilmiş “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqqında fikirləri və beynəlxalq erməni terrorizmi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində keçirilən silsilə elmi-praktiki seminarların yekunu kimi “Biz kimik? Azərbaycanın və Azərbaycan xalqının ən qədim tarixi” mövzusunda elmi-praktiki seminar və iştirakçıların təltifetmə mərasimi keçirilib.
Tədbirdə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, layihə rəhbəri Taleh Mirzəyev, ekspert, AMEA-ın əməkdaşı, tədqiqatçı tarixçi Ramin Əlizadə və elektron seçim prosesi ilə seçilən iştirakçı tələbələr iştirak ediblər.
Giriş sözü ilə çıxış edən layihə rəhbəri Taleh Mirzəyev seminar iştirakçılarını salamlayıb, bu gün müzakirə olunan mövzunun indiyə qədər davam edən müxtəlif səpgili müzakirələrə məntiqi yekun vurmaq baxımından da əlamətdar olduğunu qeyd etdi. Sonra söz ekspertə verildi.
Mövzu üzrə mütəxəssis qismində dəvət edilmiş AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, "Qarabağ - əcdadlarımızın mirası", "Zəngəzur", "İrəvan" filmlərinin ssenari müəllifi, Azərbaycanda Urartu tarixi və arxeologiyası üzrə ilk və hələlik yeganə mütəxəsis, Urartu üzrə beynəlxalq ekspedisiyalarda iştirak edib, tədqiqatlar aparmış Ramin Əlizadə tələbələr önündə çıxış edərək ən qədim dövr Azərbayca tarixinin və tarixşünaslığının görünməyən, tədqiq edilməmiş, yaxud diqqət ayrılmayan bir çox aspektlərindən söz açıb, eyni zamanda “türk”, “hun”, “Azərbaycan”, “Atropotena” kimi etnonim və toponimlərin kökü haqda söz açaraq hələ eramızdan əvvəl XXIII əsrdə Akkad hökmdarı Naram Suenin kitabəsində onun keçdiyi ərazilərdən Zaqros dağlarından şərqdə, indiki Qafqaz ərazisində “Türk dövləti”nin yerləşməsinin qeyd olunduğunu vurğuladı. Mövzu üzrə tələbələri maraqlandıran suallar ətrafında müzakirələr davam etdirildi.
Müzakirələrdən sonra professor Fikrət Rzayev mütəxəssisə maraqlı və dərin elmi məzmunlu məruzəsinə görə təşəkkürünü bildirib, tələbələrə elmi bilikləri mənimsəməkdə səfərbər və yorulmaz olmağı tövsiyə edib, məhz gənclərin ölkənin gələcəyi olduğunu qeyd etdi. Natiq bildirdi ki, biz öncə özümüz özümüzü tanımalıyq ki, haqlarımızı dünyaya çıxara, maraqlarımızı qoruya bilək. Bunun üçünsə gecə-gündüz çalışmaq lazımdır.
Tədbirin ikinci hissəsində tələbələrə ADPU rəhbərliyinin təsdiqlədiyi iştirakçı diplomları təqdim edildi və layihənin ilkin pilot mərhələsinə yekun vuruldu.
Qeyd edək ki, ilkin nəticələrin qiymətləndirilməsindən sonra layihənin bir proqram halında hər il davam etdirilməsi gözlənilir.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da Aprel şəhidi Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr edilmiş silsilə elmi-praktiki seminarların yekunu və iştirakçıların təltifetmə mərasimi keçirilibADPU-da Aprel şəhidi Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr edilmiş silsilə elmi-praktiki seminarların yekunu və iştirakçıların təltifetmə mərasimi keçirilibADPU-da Aprel şəhidi Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr edilmiş silsilə elmi-praktiki seminarların yekunu və iştirakçıların təltifetmə mərasimi keçirilib

Oxşar xəbərlər