Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə siğar iki cahan...” Respublika elmi konfransı keçirilib. Konfransda ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının alim-mütəxəssisləri, tanınmış ziyalılar, media nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bugünkü konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamı əsasında keçirilir. Həmin Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli 689 nömrəli Sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.
Rektor qeyd edib ki, bu gün keçirdiyimiz konfrans universitetdə elmi-ədəbi mühitin zənginləşməsinə müsbət təsir edəcəkdir. Mütəfəkkir-şair İmadəddin Nəsimi Şərq insanının formalaşmasında mühüm rol oynamış qüdrətli sənətkarlarımızdan biridir. O, insanı kamil görmək istəyir, cəhalətin, xurafatın, nadanlığın, sosial ədalətsizliyin, zülmün, haqsızlığın, istismarın əleyhinə çıxır, dinin elmin, maarifin inkişafına yol açması üçün çalışırdı. Nəsimi irsi müasir humanitar düşüncənin tələbləri kontekstində aktualdır və milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Qəzənfər Paşayev “Edamdan sonra başlanan həyat”, ADPU-nun professoru Yaqub Babayev “İmadəddin Nəsimi poeziyasında dünyəvi motivlər” mövzularında məruzələrlə çıxış ediblər. Qeyd edilib ki, İmadəddin Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan ədəbi dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Böyük şairin yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poeziyası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir sıraya qoyur. Maraqlı və məzmunlu məruzələrdə İmadəddin Nəsiminin yaradıcılığı və fəlsəfi dünyagörüşü geniş təhlil edilib.
Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyev və ADPU-nun dosenti Qüdrət Umudov çıxış edərək İmadəddin Nəsiminin əsərləri və fəlsəfi düşüncələri ilə bağlı fikirlərini bölüşüblər.
Sonra konfrans öz işini 3 bölmədə-İmadəddin Nəsimi irsi ədəbiyyatşünaslıq problemləri kontekstində, İmadəddin Nəsimi irsi və dilçilik problemləri, İmadəddin Nəsimi irsi və müasirlik bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 60-dan çox məruzə dinlənilərək müzakirə olunub.
Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi