ADPU Tələbə Gənclər Təşkilatının təşkilatçığı ilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib

ADPU Tələbə Gənclər Təşkilatının təşkilatçığı ilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında Azərbaycan və bütün türk dünyasının büyük fikir adamı, bu il anadan olmasının 150, vəfatının 80 illiyi tamam olan Əhməd bəy Ağaoğluya həsr edilmiş tələbələr üçün elmi seminar baş tutub. Qeyd edək ki, 2018-ci ilin noyabr-2019-cu ilin mart ayları ərzində ADPU TGT-nin sədr müavini Taleh Mirzəyevin rəhəbrliyi ilə ADPU-da Aprel Şəhidi Nurəddin Mirzəyevin xatirəsinə həsr edilmiş “Gənclərin ermənilərin mənşəyi, “erməni məsələsi”, dünya və erməni ictimai-siyasi xadimlərinin ermənilər haqda fikirləri və beynəlxalq erməni terrorizmi haqda məlumatlandırılması” layihəsi çərçivəsində silsilə elmi seminarlar təşkil edilmişdir. “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı seminar da məhz bu layihənin davamını təşkil edir.
Seminarda ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, Elm və İnnovasiyalar Şöbəsinin rəhbəri, dosent Yusif Alıyev, Tədris Departamentinin direktor müavini, dosent Ənvər İmanov, ADPU TGT sədr əvəzedicisi Nurlan Hüseynov, layihə rəhbəri Taleh Mirzəyev və universitetin müxtəlif fakültələrinin tələbələri iştirak edib.
Mövzu üzrə mütəxəssis qismində dəvət edilmiş gənc araşdırmaçı-jurnalist, yazar və politoloq, “Çapar” dərgisinin baş redaktoru, Azərbaycanın cümhuriyyət dönəmi tarixi və tarixi şəxsiyyətləriylə bağlı geniş tədqiqatlar aparan Dilqəm Əhməd tələbələr önündə Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti, apardığı milli mücadilənin müxtəlif yanları, onun bir alim, hüquqşünas, millət fədaisi, Cümhuriyyət, Osmanlı və Türkiyə parlamentinin deputatı kimi fərqli mühitlər çərçivəsində həmişə türk birliyi və müstəqilliyini müdafiə etməsi, siyasi-ideoloji fikir meydanındakı cəsarətli mövqeyindən söz açıb, özünün apardığı tədqiqatların nəticələrindən danışaraq kolleksiyasında olan Əhməd bəyin həyatının müxtəlif anlarını əyani əks etdirən nadir fotoşəkilləri nümayiş etdirib. Əhməd bəy Ağaoğlunun 150 illiyi şərəfinə Dilqəm Əhməd tərəfindən tərtib edilən və içərisində Əhməd bəy Ağaoğlunun xatirələri, yazıları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər və sənədlərin, həmçinin Mustafa Kamal Atatürkə yazdığı iki məktubun da yer aldığı “Şuşa, Peterburq və Paris xatirələri” kitabı haqda məlumat verilib.
Daha sonra tələbələrin sualları və fikirləri əsasında müzakirələr qarşılıqlı diskussiya formasında davam etdirilib. Həmçinin dosent Yusif Alıyev və dosent Ənvər İmanov da Əhməd bəy Ağaoğlu haqda öz təəssüratlarını bölüşərək bu tələbələrin bu cür elmi yığıncaqlar təşkil etməsinin çox sevindirici hal olmasını qeyd ediblər.

Taleh MİRZƏYEV
ADPU TGT


ADPU Tələbə Gənclər Təşkilatının təşkilatçığı ilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilibADPU Tələbə Gənclər Təşkilatının təşkilatçığı ilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilibADPU Tələbə Gənclər Təşkilatının təşkilatçığı ilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilibADPU Tələbə Gənclər Təşkilatının təşkilatçığı ilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilibADPU Tələbə Gənclər Təşkilatının təşkilatçığı ilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilibADPU Tələbə Gənclər Təşkilatının təşkilatçığı ilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib

Oxşar xəbərlər