Ov günlərinin sayı artırılıb

Ov günlərinin sayı artırılıb Ov günlərinin sayının artırılması ilə bağlı vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən “Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurası”nın iclası keçirilib.
Bunu jurnalistlərə nazirliyin departament direktoru Hikmət Əlizadə deyib.
O bildirib ki, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da ov fəaliyyətinə nəzarətin təşkili, heyvanat aləmi obyektlərindən istifadənin tənzimlənməsi, onların sabitliyinin bərpası məqsədilə ov günləri həftənin şənbə və bazar günləri kimi müəyyən edilmişdi:
"Lakin son günlər vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınaraq onların istirahət imkanlarının genişləndirilməsi məqsədilə həftənin şənbə və bazar günlərindən əlavə cümə gününün də ov günlərinə aid edilməsi ilə bağlı iclasda qərar qəbul olunub və rəsmiləşdirilib".

Tehsil-press.az

Oxşar xəbərlər