UNEC-də İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib. Ənənəvi olaraq keçirilən tədbirin əsas məqsədi imtahan sessiyasının şəffaflığın və obyektivliyin daha da effektiv təmin edilməsi, müraciət və sorğuların operativ cavablandırılmasıdır.
“Açıq qapı” günü hər bir vətəndaş UNEC-ə gələrək öz sual və müraciətini birbaşa rektora ünvanlaya bilər. Tanınmış ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rektor, professor Ədalət Muradov tələbələri və digər vətəndaşları qəbul edərək, imtahan sessiyası ilə bağlı müraciətləri dinləyib.
Bəzi müraciətlər yerində həll edilib, digərlərinin operativ araşdırılması və vaxtında tədbirlərin görülməsi məqsədilə Ə.Muradov aidiyyatı struktur bölmələrinə tapşırıqlarını verib.
Məlum olduğu kimi, UNEC-də imtahanlara nəzarəti ictimaiyyət nümayəndələrinin, ekspertlərin, jurnalistlərin üzvü olduğu İctimai Nəzarət Şurası həyata keçirir. Hər kəs şikayət və təkliflərini, onları narahat edən sualları Şuraya da ünvanlaya bilər.
Qeyd edək ki, “Açıq qapı” günləri imtahan sessiyasının sonuna kimi davam edəcək. Görüşlər hər həftənin şənbə günü keçiriləcək.

UNEC-in Mətbuat Xidməti