Prezident Musa Yaquba ev verdi

Prezident Musa Yaquba ev verdi Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.
Bu barədə Tehsil-press.az-a şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.
Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib:
“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər