Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Azərbaycan İlahiyyat İnstitutunun kollektivi də qoşulub.
Qeyd edək ki, ali təhsil müəssisəsinin rəhbər heyəti, əməkdaşları və tələbələri bu təşəbbüsə qoşulmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edib. Rayonun ərazisində İnstitut üçün ərazi ayrılması barədə razılıq əldə olunub. Hazırda bununla bağlı İnstitutda hazırlıq işləri davam edir.
Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrdə Vətənə məhəbbət, onu qorumaq və mühafizə etmək; əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə mənəvi dəstək olmaq; mədəni-tarixi sərvətləri qorumaq; gəncləri daha ətraflı məlumatlandırmaqla cəmiyyətdə sosial və ekoloji məsuliyyət anlayışını gücləndirmək; multikulturalizm və tolerantlığın təbliği məqsədilə müxtəlif layihələr həyata keçirir.
Tehsil-press.az