Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli-mənəvi dəyərlərin təbliği baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq bu ilin aprelində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Hüsnü-cəmal, əqli kamal” ümumrespublika bədii qiraət müsabiqəsi keçiriləcək. Bununla bağlı ADMİU tərəfindən Azərbaycan Dillər Universitetinə (ADU) tələbələrin müsabiqədə iştirakı ilə bağlı məktub göndərilib.
Bu ali məktəbin tələbə və magistrantları İmadəddin Nəsiminin 650 illik yubileyi ərəfəsində və “Nəsimi ili” çərçivəsində keçirilən müsabiqədə iştirak edəcəklər.
Müsabiqənin birinci mərhələsi aprelin 1-10-da, ikinci mərhələsi isə aprelin 12-17-də keçiriləcək.
Bədii qiraət müsabiqəsinin şərtləri barədə daha ətraflı məlumatla ADU-nun rəsmi saytında tanış olmaq mümkündür.

ADU-nun Mətbuat Xidməti