
Yataqxanada tələbələrin rahatlığı üçün hər bir şərait yaradılıb. Otaqlar zəruri məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Yeni təmirdən çıxan yataqxananın 3-ü üç nəfərlik, 2-si isə iki nəfərlik olmaqla 5 otağı istifadəyə verilib. Yeni yeməkxana da tələbələrin ixtiyarına verilib. Hələlik 13 tələbə yataqxanaya yerləşdirilib.
Bu, universitet tarixində əlamətdar bir gündür.Nəzərə alsaq ki, tələbələrin 60%-i ayrı-ayrı bölgələrdəndir tələbə yataqxanasının istifadəyə verilməsi tələbələrin mənzil-məişət şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcək. Universitetin öz hesabına təmir etdirdiyi yataqxanada hal-hazırda da işlər davam edir. İnternetə qoşulma , təhlükəsizlik məqsədilə kamera sisteminin qoşulması ilə təchiz olunacaq.
Mətbuat Xidməti


thumb=left]http://tehsil-press.az/uploads/posts/2019-11/1574271300_bez-nazvaniya.jpg[/thumb]
