Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 66,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,03 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər