“Əsrin müqaviləsi” qlobal enerji təhlükəsizliyini misilsiz dərəcədə möhkəmləndirdi.
Bunu ABŞ Dövlət Katibinin enerji məsələləri üzrə müavini Mark Menezes Vaşinqtonda keçirilmiş “Əsrin müqaviləsi: 25 illik uğur” adlı forum zamanı deyib.
O bildirib ki, həmin müqavilə bir sıra beynəlxalq neft və qaz kəmərlərinin tikintisinə kömək göstərdi:
“Biz neft və qaz tədarükü üçün nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə edirik. Bu, enerji marşrutlarının və qlobal bazarlar üçün ehtiyatların şaxələndirilməsində vacib əhəmiyyət daşıyır”.
M.Menezes bildirib ki, “Cənub Qaz Dəhlizi” Avropaya qaz tədarükü mənbələrini şaxələndirməyə imkan verəcək:
“Trans-Adriatik qaz kəmərinin tikintisinin başa çatdırılması Azərbaycanda qazın Avropa bazarlarına nəqlinə imkan verəcək. Bu, həm də Azərbaycanın və Xəzər regionunun digər ölkələrinin iqtisadi müstəqilliyini təmin edəcək”.
Tehsil-press.az