BSU-da “Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı” adlı tədbir keçirilib

BSU-da “Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı” adlı tədbir keçirilib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə əlaqədar olaraq respublikamızda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası fakültəsinin dekanlığı, Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin birgə təşkilatçılığı ilə “Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı” adlı tədbir keçirilib.
Tədbirdə professor Tahirə Məmmədin “Cəfər Cabbarlı yaradıcılığında obrazların tipologiyası” mövzusunda, professor Nizami Məmmədovun “Cəfər Cabbarlı dramaturgiyası digər xalqların səhnəsində” mövzusunda məruzələri dinlənilib. Cəfər Cabbarlının çoxşaxəli yaradıcılığına həsr olunmuş məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə iştirak edən Cəfər Cabbarlı adına ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddin qızı çıxışında babası ilə bağlı ailə xatirələrindən, sənətkarın keşməkeşli həyat və yaradıcılıq aləmindən danışıb. Qəmər Seyfəddin qızı tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.
BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyeva, həmin kafedranın dosenti Fərrux Məmmədov çıxışlarında Cəfər Cabbarlının dramaturgiyası, elmi-tənqidi məqalələrinin müasirliyini və əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda çıxış edən Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev bildirib ki, Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.
Tədbirdə BSU-nun Əsas kitabxanasının müdiri Səmayə Əliyeva tərəfindən hazırlanan Cəfər Cabbarlının kitablarından ibarət sərgi ilə tanışlıq olub.

BSU-nun Mətbuat xidməti


BSU-da “Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı” adlı tədbir keçirilib

BSU-da “Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı” adlı tədbir keçirilib

Oxşar xəbərlər