Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib. Tədbir İqtisadiyyat fakültəsi və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə fakültənin dekanı, dosent Asiman Quliyev Azərbaycanın estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətindən söz açıb.
Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli isə Azərbaycan ədəbiyyatşünaslığında Məmməd Cəfər Cəfərovun yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən danışıb. Bildirib ki, pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim humanitar elmlərin, klassik ədəbiyyatın mükəmməl bilicisi olub.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçiləri, professor Rəhim Əliyev və dosent Qürbət Mirzəzadə görkəmli akademiklə bağlı xatirələrini bölüşüblər, onun zəngin ədəbiyyatşünaslıq irsindən, klassik Azərbaycan və rus ədəbiyyatının tədqiqi sahəsindəki xidmətlərindən danışıblar.

UNEC-in Mətbuat Xidməti