Bakı Slavyan Universitetində “Gələcəyin məktəbi” layihəsi davam edir

Bakı Slavyan Universitetində “Gələcəyin məktəbi” layihəsi davam edir Bir neçə gündür Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin tələbələri bu ali təhsil ocağının nəzdindəki Məktəb-Lisey Kompleksində “Gələcəyin məktəbi” layihəsi çərçivəsində fəaliyyətə başlayıblar.
Tələbələrdən Həmidə Ağabalayeva, İsmət Quliyev, Nərminə Babayeva və Asif Həsənov Məktəb-Lisey Kompleksinin VII sinif şagirdləri arasında psixoloji-metodiki işlər aparıblar.
“Bizim filmin təqdimatı”, “Həyat sürprizlərinə hazırsınızmı?”, “Mövcud olmayan heyvan”, ”Üç ağac” adlı metodik işlər şagirdlər tərəfindən maraqla qarşılanıb. Şagirdlərin əksəriyyəti özünü işdə təsdiq etmək, yeni bilik və bacarıqlarını göstərmək üçün böyük həvəslə çalışıblar.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər