Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-Lisey Kompleksində yeni startap layihəsinin icrasına başlanılıb.
Layihə “risk qrupuna” aid olan, emosional cəhətdən qeyri-sabit, kollektivə uyğunlaşmaqda çətinlik çəkən uşaqlara psixoloji yardım etmək və məktəb psixoloquna dəstək olmaq məqsədi daşıyır. İlkin mərhələdə Pedaqoji fakültədə təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələrin fasiləsiz təcrübəsinin təşkili nəzərdə tutulur. Artıq tələbələr siniflərə təqdim edilib, şagirdlərlə aparılacaq işin növləri və formaları müəyyənləşib.
Tələbələrin fasiləsiz təcrübəsinin nəticələri haqqında məlumat məktəbin rəhbərliyinə, fakültə dekanına və layihə koordinatoruna təqdim olunacaq.

BSU-nun Mətbuat Xidməti