Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti açılış mərasimi keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda qeydiyyatdan keçən tələbələr iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açılış mərasimində çıxışı zamanı bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Rektor qeyd edib ki, proqram mühəndislik ixtisası üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulub. E.Qasımov proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlərin cəlb olunduğunu da vurğulayıb.
“BP Azərbaycan” şirkətinin Tədbirlər və Brend Kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl isə bildirib ki, BP şirkəti 27 ildir Azərbaycanda fəaliyyət göstərir və fəaliyyəti zamanı sosial layihələrə hər zaman diqqət ayırıb. O bildirib ki, Bakı Ali Neft Məktəbi BP-nin ən sadiq tərəfdaşlarındandır və Ali Məktəblə əməkdaşlıq çərçivəsində ən önəmli layihə “Mühəndislər üçün biznes təhsili” layihəsidir. Onun sözlərinə görə layihə mühəndis-tələbələrə biznes sahəsində bilik və bacarıqlara yiyələnmək, praktiki məşğələlərdə iştirak etmək, BP, eləcə də, digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi, Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatı ilə təmin edilmək imkanları verəcək.
“Mühəndislər üçün biznes təhsili” layihəsinin iştirakçılarından olmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Telli Quliyeva bildirib ki, iştirakçılar sertifikatdan daha çox qazanacağı bilik və bacarıqlara fokuslansınlar. Həmçinin o, əvvəlki layihə zamanı yaxşı əlaqələr qurması, komandaya asanlıqla inteqrasiya olunması, zəif cəhətlərini müəyyən etməsi barədə təəssürratlarını bölüşüb.
Məlumat üçün bildirək ki, layihənin növbəti mərhələsi üçün 84 mühəndis-tələbə seçilib. Onlar Bakı Ali Neft Məktəbi, Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız, Bakı Mühəndislik, Azərbaycan Texniki, Xəzər universitetlərinin, eləcə də, Milli Aviasiya Akademiyasının tələbələridirlər.
“Mühəndislər üçün biznes təhsili”nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxildir.
Təlimlər noyabr-dekabr ayları ərzində Bakı Ali Neft Məktəbində təşkil ediləcək.
Tehsil-press.az