17-22 noyabrda Ermənistan, Azərbaycan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Erməni jurnalistlər Bakı, Quba və Gəncə şəhərlərində oldular. Azərbaycan jurnalistləri isə Yerevan, Dilican və Azərbaycanın Şuşa və Xankəndi şəhərlərinə səfər etdilər.
Səfərlə əlaqədar erməni mediasında, sosial şəbəkələrdə çoxsaylı materiallar təqdim olundu və fərqli fikirlər nümayiş etdirildi. Erməni jurnalistlər və bu səfəri bilavasitə kurasiya edən Ermənistan Xarici İşlər Nazirliyi və Baş nazir aparatı təbliğat maşınını işə salmağa çalışdı. Yazılanları, xüsusilə səfərdə iştirak etmiş erməni jurnalistlərin müsahibə və materiallarını diqqətlə izləyərək yekunda bunları yazmaq istərdim.
- Bu səfərlə bağlı nə matəm tutmağa, nə də ki xüsusi sevinməyə əsas yoxdur. Belə baxanda nə baş verib ki? Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyib və münaqişə həll edilməyib. Üç nəfər sadə jurnalist qarşılıqlı səfər edib.
- Ermənistanın özünün bu səfərin həyata keçirilməsi üçün çoxsaylı xahiş və minnət etməsinə baxmayaraq, yekunda bu səfəri təbliğata çevirməyə cəhd göstərdi. Nəyə görə? Cavab çox sadədir. Erməni jurnalistlərinin davamlı təbliğatı əsasında Azərbaycan haqqında inandıqları bir virtual reallıq var idi. Bu reallıq 90-cı illərin əvvəllərində olan Azərbaycandır. Onlar Azərbaycanda xaos, qatı ksenofobiya, hərc-mərclik, yoxsulluq və kasıblıq, İslam fundamentalizmi və sair neqativ hallar görmək arzusunda idilər. Onların fikirləri bəzi anti-Azərbaycan medianın stereotipləri əsasında formalaşır. Ona görə də qrupun tərkibində olan və təxribatçı olduğu bilinən erməni jurnalistlərin Azərbaycana gəlməsinə etiraz edilmədi. Gördüklərinə inanmayan və virtual reallıq hissi məhv olan erməni jurnalistlər əsl reallığı, müasir, inkişaf edən və gələcəyə baxan Azərbaycanı və onun regionlarını gördülər. Erməni jurnalistləri Azərbaycanda mövcud olan multikultural mühit ilə tanış oldular, dinamik vətəndaş cəmiyyəti və tələbkar media nümayəndələri ilə görüşdülər.
- Əslən Qarabağdan olan jurnalistin də Azərbaycana gəlməsinə imkan yaradıldı. Qarabağ Azərbaycanın tarixi torpağıdır və orada yaşayan ermənilər və azərbaycanlılar ölkəmizin vətəndaşıdırlar. Qarabağdan olan erməni əsilli vətəndaşımızın Bakiya gəlməsi və hökumətin vətəndaşlara göstərdiyi DOST və ASAN xidmətlərlə tanış olması onun Azərbaycanla fəxr etməsinə imkan yaradacaq. Onun bu səfəri və Bakıda Dağlıq Qarabağın Azərbaycan icması ilə görüşü eyni zamanda icmalararası dialoqun tərkib hissədir. Artıq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bu xüsusda bəyanatla çıxış edib.
- Erməni jurnalistlər öz gözləri ilə gördülər ki, Azərbaycan cəmiyyətində münaqişənin həlli ilə əlaqədar bir mövqe var. Bu da Azərbaycanın ərazi bütövlüyüdür və bu, qırmızı xətdir. Bu çərçivədə digər məsələlər müzakirə oluna bilər.
- Əldə etdiyim məlumata görə, səfərlə əlaqədar ilk olaraq həmsədrlər bəyanatla çıxış etmək istəyirdilər. Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanatla çıxış etməli idi. Guya Azərbaycan tərəfi buna razılıq verməyib. Əgər Azərbaycan razılıq verməyibsə, düşünürəm ki, düzgün qərar qəbul edib. Axı, nə baş verib ki, bununla əlaqədar bəyanat verilsin? Həmsədrlərin 25 ildən artıq səfərinin yeganə nəticəsi yalnız elə bu jurnalistlərin səfərinin təşkil edilməsidir?
- Hər hansı stereotip və ya təbliğatdan kənar onu deməliyəm ki, Ermənistanda gördüklərim məni təəccübləndirmədi. Yəni, nəyi gözləyirdim, onu gördüm. Gürcüstan sərhədindən Yerevana qədər gedən yolda boş və dağınıq vəziyyətdə olan yaşayış məntəqələri mövcuddur. Demoqrafiya və yoxsulluq açıq gözlə hiss olunur. Ölkənin xarici yeganə çıxışı olan strateji yol texniki cəhətdən aşağı səviyyədədir. Yol boyu canlı həyat hiss olunmur.
- Yerevanda münaqişə ilə əlaqədar etinasızlıq və maraq azlığı hiss olundu. Bakıya gələn jurnalistlər kimi erməni QHT nümayəndələri və jurnalistlər də stereotiplərlə yaşayırlar. Münaqişəni daha çox pul qazanmağa çevirmək cəhdləri hiss etdim. Nəzərə almaq lazımdır ki, Leyla Yunusun dostları olan erməni QHT rəhbərləri də "xalq diplomatiyası" adı altında qərb dairələrindən çoxlu qrantlar alırdılar.
- Ermənistan cəmiyyətində ölkənin üzləşdiyi strateji çətinlikləri, ölkənin iqtisadi inkişafının perspektivsizliyini görür və dərk edirlər, amma onu etiraf etməkdə çətinlik çəkirlər, çünki ciddi kompleksləri var. Onlar təklikdə söhbət edəndə bunu etiraf edirdilər.
- Yerevanda nələrinsə tikilmədiyini demək çətindir. Amma bu dövlət siyasəti deyil, diasporadan olan fərdi erməni milyonerlərin ianəsi hesabına tikilir.
- Ermənistanda elə bir ailə yoxdur ki, xaricdən ianə almasın. İqtisadiyyatın əsasını da bu təşkil edir. Təmasda olduğumuz şəxslər də bunu etiraf edirdilər.
- Ermənistan cəmiyyətində kəskin anti-Rusiya meylləri vardır. Bunun Nikol Paşinyan komandasından qaynaqlandığını demək olar.
- Ermənistanda İnformasiya Texnologiyaları sektorunun inkişafı ilə bağlı səslənən fikirlər şişirdilirdi. Təbii ki nəsə var. Amma bunu "Silikon vadisi" kimi təqdim etmək sadəcə təbliğatdır. Bu sahədə Azərbaycan Ermənistandan azı bir on il qabaqdadır.
- N.Paşinyanın bir qədər komik rəhbər olduğunu artıq qəbul etməyə başlayıblar. Onun komandasının zəif və qeyri-peşəkar olduğu da qeyd olunur. Eyforiya dövrünün başa çatdığını başa düşürlər. Sarkisyan və Köçəryan mafiyasından hələ də qorxu var. Amma bundan sonra nə? Növbəti inqilab? Bunlar erməni cəmiyyətini narahat etməyə başlayıb.
- İşğal olunmuş ərazilərdə demoqrafik problem daha aydın görünür. Yol boyu boşluqdur. Şuşa şəhərində canlı həyatdan danışmaq çətindir. Qarabağ mənə Hollivud filmlərində olan cansız bir məkanı xatırlatdı. Xankəndidə şou məqsədilə qeyri-rentabelli iaşə müəssisələri tikilib. Bu da daha çox təbliğatdır, nəinki real iqtisadiyyat. Həm Ermənistanda, həm də Qarabağda ciddi müharibə xofu vardır. Azərbaycanın hərbi baxımdan güclü olduğunu başa düşürlər.
- Şuşadakı Gövhərağa məscidi İran üslubunda təmir olunub. İran şirkətlərinin bu layihədə iştirakı danılmazdır. Hesab edirəm ki, bu, İran hökuməti qarşısında qaldırılmalıdır.
- Qarabağda olan ermənilər görüşə qorxu halında gəlmişdilər. Onlara xüsusi xidmət orqanları ciddi xəbərdarlıq etmişdi. Bizimlə görüşü jurnalistlərdən biri gizlincə telefon vasitəsilə videoya çəkirdi. Bu insanlar keçmişdə donub qaldıqlarını başa düşür, gələcəyə ümidsiz və çarəsiz baxırlar. Onlar həmçinin, Yerevanda və xaricdə olam erməni siyasətçilərinin əllərində alət olduqlarını başa düşürlər. Nəzarət altında olan söhbət əsnasında belə bunu görmək mümkün idi.
- Guya bizim səfəri "qondarma rejimin “XİN”i təşkil edib" - deyə fikirlər də cəfəngiyyatdır. Biz ATƏT-in nəqliyyat vasitələrində hərəkət etmişik. Eyni zamanda jurnalist olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması nümayəndələri ilə təmaslar da vacibdir. Düşünürəm ki, orada olan sadə insanlarla təmaslar artırılmalıdır. Əminəm ki, təbliğatdan kənar onlar gəlib Azərbaycanı görsələr, yenidən Azərbaycan daxilində yaşamağa ikiəlli razı olarlar.
P.S Düşünürəm ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın strategiyası düzgündür. İşğal altında olan 20 faiz ərazimizi geri qaytarmaq üçün 80 faiz ərazimiz inkişaf etdirilməlidir. Prezident İlham Əliyevin də yürütdüyü siyasət budur. Güclü dövlət, güclü iqtisadiyyat, güclü ordu.

Elçin Vəliyev