Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən məndən başlanır” adlı sosial layihənin təqdimatı keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, millət vəkilləri, şəhid ailələri, eləcə də İnstitutun rəhbər və müəllim heyəti, tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, qeyd edib ki, ali təhsil müəssisəsi gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Aİİ rektoru daha sonra Aprel döyüşlərindən bəhs edərək vurğulayıb ki, İnstitutun belə layihələrdə iştirak etməsinin məqsədi gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi və Qarabağ döyüşlərində şəhid olmuş qəhrəmanlar haqqında ətraflı məlumatın verilməsidir. İnstitutun Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə ənənəvi səfəri haqqında məlumat verən C.Məmmədov qeyd edib ki, bu şanlı hadisələrin gənc nəslimizə təfərrüatlı çatdırılması, tələbələrimizin şəhid ailələrinin sosial həyatında yaxından iştirak etmələri onların vətənpərvər ruhda böyüməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
C.Məmmədov daha sonra Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə həmişə xüsusi diqqət yetirildiyini vurğulayıb. Aİİ rektoru şəhid ailələrinin və əlil düşmüş insanların daim qayğı və diqqət ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
“Zəfər” İB-nin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxış edərək bildirib ki, “Vətən məndən başlanır” devizi ilə ilboyu davam edəcək layihənin məqsədi Azərbaycan universitetlərində təhsil alan gənclər arasında vətənpərvərlik və dövlətçilik ideologiyasının təbliğ olunması, gənclərin öhdəsinə düşən vəzifələrin – çalışqanlığın, məqsədyönlülüyün, əzmkarlığın təşviq edilməsidir. Hər bir gəncin Vətən naminə üzərinə düşən məsuliyyətin fərqində olması xüsusi əhəmiyyət kəsb edir.
Millət vəkili Fazil Mustafa Aprel döyüşlərinin Azərbaycan Ordusunun öz torpağını düşmən tapdağı altında qoymayacağını bildirib, Raquf Orucov kimi oğullarımızın qəhrəmanlığının bu inam hissini daha da gücləndirdiyini vurğulayıb. F. Mustafa həyatını Vətənin azadlığı və müstəqilliyi uğrunda qurban vermiş şəhidlərin xatirəsini qoruyub-saxlamağın vacibliyini nəzərə çatdırıb.
Tədbirdə çıxış edən tarixçi alim Firdovsiyyə Əhmədova Vətən sevgisinin gənclərə aşılanmasının əhəmiyyətindən danışaraq, tarixi həqiqətlərin üzə çıxarılmasında, ərazi bütövlüyümüzün qorunub saxlanmasında, işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsində, eyni zamanda, ölkənin gələcək inkişafına nail olunmasında məhz bilikli, peşəkar və dünyagörüşlü gənclərə ehtiyac duyulduğunu bildirib.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı vətənpərvərliyin düzgün təbliği istiqamətində bu səpkili sosial müzakirələrin xüsusi rolunu qeyd edərək, gənclərin Vətənə və xalqa xidmətdə mühüm öhdəliklərindən danışıb və şəhid ailələrinə hər zaman diqqət və dərin ehtiramın olduğunu bildirib.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının əməkdaşı Xatirə Vəliyeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova təmsil etdikləri qurumların fəaliyyəti haqqında məlumat veriblər. Onlar torpaqlarımızın qorunması uğrunda şəhid olan Vətən oğullarının tanıdılması və xatirələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün belə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir tələbələrin çıxışları və onların suallarının cavablandırılması ilə davam edib.
Sonda tədbirdə aktiv olan tələbələrə şəhidlərimizin həyatından bəhs edən kitablar təqdim olunub.
Tehsil-press.az