Azərbaycan Texniki Universitetinin şəhid olmuş məzunlarının xatirəsi anılıb

Azərbaycan Texniki Universitetinin şəhid olmuş məzunlarının xatirəsi anılıb Oktyabrın 29-da Azərbaycan Texniki Universiteti (AzTU) və 20 Yanvar İctimai Birliyi tərəfindən bu ali məktəbin şəhid olmuş məzunlarının xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına gül düzüblər.
Prorektor İsa Xəlilov universitetin şəhid məzunlarına həsr olunmuş tədbirlərdən, filmlərdən danışıb. Bildirib ki, tələbələrdə vətənpərvərlik ruhunun aşılanması universitet rəhbərliyinin həmişə diqqətində olub.
Tədbirdə ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, ehtiyatda olan polkovnik Hikmət Ağayev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, ehtiyatda olan kapitan Anar Məmmədov, 20 Yanvar İctimai Birliyinin sədri Sultan Əzimzadə, şəhid Müşfiq Orucovun atası Arif Orucov və digərləri çıxış ediblər.
Çıxışlarda bu mövzuda keçirilən tədbirlərin əhəmiyyətindən danışılıb, şəhidlərin xatirəsini əbədiləşdirməyin, gənc nəslə onların qəhrəmanlıqlarının örnək göstərilməsinin vacibliyi vurğulanıb.

AzTU-nun Mətbuat Xidməti


Azərbaycan Texniki Universitetinin şəhid olmuş məzunlarının xatirəsi anılıb

Oxşar xəbərlər