Azərbaycan Texniki Universiteti (AzTU) Braziliyanın ali məktəbləri ilə əməkdaşlıq edəcək.
Bu barədə rektor Vilayət Vəliyevin Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşündə danışılıb.
Görüşdə rektor AzTU-nun Braziliyanın ali məktəbləri ilə əməkdaşlıq edə biləcəyi sahələri diqqətə çatdırıb. Xüsusilə maşınqayırma ixtisası üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir ölkəsinin aparıcı universitetlərinin gələcəkdə AzTU ilə əməkdaşlıq istiqamətində görüləcək bütün işləri öz üzərinə götürdüyünü bildirib. O, universitetlər arasında əməkdaşlığın genişləndirilməsinin hər iki ölkədə elmin və təhsilin inkişafı üçün önəmli olacağını qeyd edib.
Tehsil-press.az