Azərbaycan Texniki Universiteti “166 Global Logistics” MMC ilə əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universiteti “166 Global Logistics” MMC ilə əməkdaşlıq edəcək Azərbaycan Texniki Universiteti (AzTU) ilə “166 Global Logistics” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Qurum arasında ortaq logistik-akademik fəaliyyətin başladılmasını nəzərdə tutan əməkdaşlıq müqaviləsi mövcud qanunvericiliyə və tərəflərin öz nizamnamələrinə uyğun olaraq hazırlanıb. Müqavilədə elmi-texniki yeniliklərin tətbiqi, birgə layihələrin hazırlanması, gənc kadrların fərdi inkişafı, startapçıların layihələrinin reallaşdırılmasına dəstək, müasir texnologiyaların tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması, təhsildə fərqlənən tələbələrə təqaüdlərin verilməsi və s. müddəaların qarşılıqlı əməkdaşlıqla həyata keçirilməsi nəzərdə tutulub.
Universitetin rektoru, professor Vilayət Vəliyev tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, “166 Global Logistics” MMC ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər