Azərbaycan Texniki Universiteti Meksikanın ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayır

Azərbaycan Texniki Universiteti Meksikanın ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayır Azərbaycan Texniki Universiteti (AzTU) Meksika universitetləri ilə əməkdaşlıq edəcək.
Sənayenin demək olar ki, bütün sahələri üzrə kadr hazırlığı aparan AzTU Meksikanın əsasən texniki yönümlü ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır.
Meksikanın ölkəmizdəki səfirliyinin vasitəçiliyi ilə ilkin danışıqlar aparılıb və universitetlər arasında qarşılıqlı əlaqələri özündə əks etdirən saziş planı hazırlanıb. Saziş planı 150 min tələbəsi olan Meksika Politexnik İnstitutuna və 350 min tələbəsi olan Meksika Muxtar Universitetinə təqdim olunub. Meksika universitetləri əməkdaşlıq təklifinə müsbət cavab verib.
AzTU hazırda dünyanın 50-dən çox ölkəsinin 200-ə yaxın universiteti ilə əməkdaşlıq edir. Bu ali məktəblər arasında Türkiyə, Rusiya, Şərqi Avropa ölkələrinin universitetləri üstünlük təşkil edir. Bununla yanaşı, AzTU-nun əməkdaşlıq etdiyi ali təhsil müəssisələri arasında ABŞ, Qərbi Almaniya, Şərqi Asiya ölkələrinin universitetləri də var.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər