Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev İran İslam Respublikasının Gilan Universitetinin rektoru, professor Əhməd Razinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rektor Vilayət Vəliyev qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında ətraflı məlumat verib və Gilan Universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Əhməd Razi rəhbərlik etdiyi təhsil ocağı barədə danışaraq bildirib ki, Gilan Universitetində hazırda 17 min tələbə təhsil alır. Bu universitetdə 600 nəfərlik professor-müəllim heyəti, 10 fakültə və iki araşdırma mərkəzi fəaliyyət göstərir. Rektor AzTU ilə yaxından tanış olduğunu bildirərək əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.
Görüşdə hər iki universitetin fəaliyyəti və əməkdaşlığın genişləndirilməsi üçün görüləcək işlər müzakirə olunub.
Sonda rektorlar iki universitet arasında əməkdaşlığa dair müqavilə imzalayıblar. Müqaviləyə əsasən AzTU ilə Gilan Universiteti arasında təhsil, elmi-tədqiqat işləri sahəsində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.

AzTU-nun Mətbuat Xidməti