Ulu Öndərə həsr olunmuş IX Beynəlxalq Elmi Konfrans öz işinə yekun vurub

Ulu Öndərə həsr olunmuş IX Beynəlxalq Elmi Konfrans öz işinə yekun vurub May 4-də Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IX Beynəlxalq Elmi Konfransın bağlanış mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov iki gün davam edən konfransın işi, proqram əsasında nəzərdə tutulmuş bölmələr, eyni zamanda Beynəlxalq Elmi Konfransla paralel keçirilən bir sıra mühüm tədbirlər barədə məlumat verib. Prorektor bildirib ki, konfrans çərçivəsində Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) ilə BSU arasında telekörpü yaradılıb. Telekörpü vasitəsilə konfransın bir hissəsi Belarus Dövlət Universiteti nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzində keçirilib. Telekörpüyə Azərbaycanın Belarusdakı səfirliyinin nümayəndələri, BDPU-nun rektoru Aleksandr Juk, həmçinin BDPU-nun professor-müəllim heyəti qatılıb. O, Azərbaycan tərəfdən isə konfransın işinə professor-müəllim heyəti ilə bərabər, Belorusdakı Azərbaycan diasporunun rəhbəri Natiq Bağırovun da qatıldığını bildirib.
Bağlanış mərasimində Beynəlxalq Elmi Konfransda bölmələrə rəhbərlik edən xarici və yerli alimlərin bölmə iclaslarının işi barədə hesabatlartı dinlənilib. Azərbaycanda olmaqdan məmnunluq duyduqlarını bildirən qonaqlar konfransın işini yüksək dəyərləndirib, təşkilatçılara, xüsusən də universitetin rektoru, professor Nurlana Əliyevaya dərin minnətdalıqlarını bildiriblər.
Hesabatın ardından çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva beynəlxalq elmi konfrans barədə öz fikirlərini bölüşüb. O deyib: “Biz çox şadıq ki, Ümummilli Liderə həsr olunmuş bu konfrans daha geniş miqyasda, beynəlxalq səviyyədə təşkil olundu. Konfransa qatılmaq üçün Bakı Slavyan Universitetinə dünyanın 14 ölkəsindən tanınmış alimlər qatılıblar. Onların hər birini günü-gündən abadlaşan ölkəmizdə görməkdən məmnunuq. Bakı Slavyan Universiteti Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sayca 9-cu beynəlxalq elmi konfransı keçirərək bir daha elmə öz töhfəsini verdi. Bu konfransa ümumilikdə 310 alim qatılıb. Onların hər birinin elmi məqaləsi beynəlxalq konfrans üçün dərc olunan topluda öz əksini tapıb”.
Konfrans çərçivəsində Bakı Slavyan Universiteti ilə Türkiyənin Reytinq Akademiyası arasında əməkdaşlığa dair müqvilə imzalanıb. Müqaviləyə əsasən, Ukrayna, Makedoniya, Türkiyənin Çanaqqala Universitetlərində birgə elmi konfransların keçiriləcək.
Konfransın bağlanış mərasimində BSU-nun musiqi-rəqs ansamblı çıxışedib.

BSU-nun Mətbuat xidməti


Ulu Öndərə həsr olunmuş IX Beynəlxalq Elmi Konfrans öz işinə yekun vurub

Oxşar xəbərlər