Bakı Slavyan Universitetinin (BSU) Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin təşkilatçılığı ilə “Auditoriya+” layihəsi çərçivəsində XX əsr Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.
“Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda keçirilən dəyirmi masaya Pedaqogika və psixologiya kafedrasının dosenti Ülviyyə Mehrəliyeva moderatorluq edib. Tədbirdə Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanlığı, Pedaqogika və psixologiya kafedrasının əməkdaşları, ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Dəyirmi masada Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələrindən Əsbət Nərimanlının “Abdulla Şaiqin tərcümeyi-halı”, Rəna Mehdiyevanın “Abdulla Şaiqin yaradıcılığı”, Dərya Mustafayevanın “Abdulla Şaiqin poeziya və musiqisi”, Elmira Əsədovanın “Abdulla Şaiqin nəsri”, Kamilla Naciyevanın “Abdulla Şaiqin dramaturgiyası”, Şövkət Əsədovanın “Abdulla Şaiqin elmi fəaliyyəti”, Emilya İbrahimovanın “Abdulla Şaiq-uşaq ədəbiyyatının banisi”, İradə Cəfərovanın “Ədəbi şöhrət” mövzularında məruzələri dinlənilib.
Tədbirdə tələbə Ella Balasultanova Abdulla Şaiqin “Vətən” şeirini səsləndirib.
Sonda Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı ətrafında müzakirələr aparılıb.

BSU-nun Mətbuat Xidməti