ADU-da “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa keçirilib

ADU-da “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa keçirilib.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, 1839-cu ildə Osmanlı dövlətinin “tənzimat islahatı”nı qəbul etməsi ilə həyata keçirilən islahatlar ədəbiyyata ciddi təsir edib: “Avropa ədəbiyyatının türk ədəbiyyatına həm formaca, həm də məzmunca təsirini özündə əks etdirən “tənzimat ədəbiyyatı” dövrü yaranması nəticəsində Türkiyə ədəbiyyatında ənənələrə sadiq, qəzəl və qəsidəyə əsaslanan və yeni forma və məzmuna malik ədəbiyyat formalaşdı”.
Milli Arxiv idarəsinin rəis müavini, professor Əsgər Rəsulov Azərbaycan və Türkiyə arasında tarixən mövcud olan ədəbi əlaqələrin inkişafından, yanaşma tərzlərindən bəhs edib. Ə.Rəsulov qeyd edib ki, iki ölkənin dil və mədəniyyətində mövcud olan oxşar cəhətlər ədəbi-bədii fikirlərin də bənzər olmasında rol oynayıb.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Nurlanə Mustafayeva “Qardaş köməyi” adlı dərgi haqqında təqdimat edib. N.
Mustafayeva adıçəkilən dərgidə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının, elminin, siyasətinin görkəmli simaları Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadə, Abbas Səhhət, Salman Mümtaz, Məmməd Səid Ordubadinin yaradıcılığına yer verildiyini bildirib.
Dəyirmi masa iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa keçirilibADU-da “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa keçirilibADU-da “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa keçirilibADU-da “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa keçirilib

Oxşar xəbərlər