“Ulu öndər Heydər Əliyev: Keçmişimizin memarı, gələcəyimizin qarantı” mövzusunda konfrans keçiriləcək

“Ulu öndər Heydər Əliyev: Keçmişimizin memarı, gələcəyimizin qarantı” mövzusunda konfrans keçiriləcək Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Ulu öndər Heydər Əliyev: Keçmişimizin memarı, gələcəyimizin qarantı” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Tədbir AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunacaq.
Konfransda “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, “Müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycan mədəniyyətinin yeni intibahı”, “Azərbaycan: Qafqazın lider dövləti” mövzularında məruzələr dinləniləcək.

Tehsil-press.az

Oxşar xəbərlər