Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Milli mədəni dəyərlərin qorunmasında və təbliğində Heydər Əliyev fenomeni” mövzusunda V respublika elmi-praktiki konfrans keçirilib.
Plenar iclasda rektor Timuçin Əfəndiyev ölkəmizdə ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlərin, həmçinin akademiyada beynəlxalq və respublika səviyyəli konfransların təşkil edildiyini vurğulayıb. Rektor ümummilli liderin hakimiyyəti dövründəki müstəqil, demokratik-hüquqi dövlət quruculuğundan, onun mədəniyyət sahəsinə olan xüsusi qayğısından danışıb: ”Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi”.
T.Əfəndiyev Ulu Öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığını söyləyib.
Sonra ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.
Konfransda “Heydər Əliyev mədəni-mənəvi intibahın təminatçısı”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyevin bədii obrazı Azərbaycan xalça sənətində”, “Ümummilli liderin Azərbaycan milli xoreoqrafiya sənətinə böyük qayğısı”, “Heydər Əliyev gənclər siyasəti”, “Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği Heydər Əliyevin siyasi fəaliyyətinin tərkib hissəsi kimi” mövzularında məruzələr dinlənilib. Çıxış edənlər Ulu Öndərin keçdiyi mənalı həyat yolundan, çoxşaxəli fəaliyyətindən, rəhbərliyi dövründə Azərbaycanın hər bir sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Konfrans öz işini bölmələrdə davam etdirib.

Hikmət Əliyev