Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, Ulu öndərin dövlətçiliyimizin inkişafı, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən söz açıb. Ümummilli liderin tarixi şəxsiyyət olduğunu vurğulayan N.Məmmədov bildirib ki, H.Əliyevin müstəqil dövlətimizin qurulmasında əvəzssiz xidmətləri vardır. Bildirib ki, Ulu öndər istər sovet hakimiyyəti illərində, istərsə də, müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Azərbaycan xalqının rifahının yaxşılaşması üçün çalışmışdır. N.Məmmədov ümummilli liderin elmə verdiyi yüksək dəyərdən danışıb. Bildirib ki, H.Əliyev çıxışlarının birində qeyd etmişdi ki, AMEA milli sərvətimizdir, onu qorumaq və saxlamaq lazımdır.
Daha sonra N.Məmmədov ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.
Anım tədbiri İnstitutun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəri, Qadınlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın çıxışı ilə davam edib.O bildirib ki, Heydər Əliyevin 90-cı illərdə hakimiyyətə qayıdışı ölkədə dövlətçiliyi bərpa etdi. O, Azərbaycan elminin inkişafı istiqamətində ulu öndərin gördüyü işlərdən bəhs edib, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, dövlətiçilik şüurumuzunda çox böyük məna yükü daşıdığnı bildirib. S.Mehdiyeva ümummilli liderin vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən bəhs edib. S.Mehdiyeva vurğulayıb ki, Ulu öndər Azərbaycan gerçəkliyini, ictimai-siyasi, mədəni-mənəvi həyatın bütün sahələrini əks etdirən dövlətçilik ideologiyasını yaratmışdır. O ümummilli liderin qadınların idarəetmə, qərar qəbuletmə, sosial həyatın bütün sahələrində irəlidə olmasına önəm verdiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda qadın hüquqlarının qorunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində iştirakı Heydər Əliyev siyasətinin ayrılmaz hissəsi idi.
Tədbirdə çıxış edən İnstitutun Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra gördüyü işlərdən bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində blokadada olan Naxçıvan Muxtar Respublikası iqtisadi cəhətdən inkişaf etməyə başladı. S.Bağırova ümummilli liderin beynəlxalq əlaqələri genişləndirmək istiqamətində gördüyü işlərdən söhbət açıb. Qeyd edib ki, Heydər Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir. 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi , bu ilin noyabr ayında TANAP xəttinin açılması ulu önədərin Azərbaycan iqtisadiyyatının inkişafı üçün gördüyü işlərin ən böyük nəticələrindəndir. O vurğulayıb ki, Heydər Əliyev Bakıya qayıdan zamanlarda ilk olaraq AMEA-da ziyalılar ilə görüşmüşdü. Bildirib ki, həmin dövrdə AMEA-nın bağlanması məsələsindən söhbət gedirdi. AMEA-nın yeni nizamnaməsinin H.Əliyev təstiq etdi. AMEA-nın xalqın milli sərvəti olduğunu göstərdi.
Daha sonra tədbirdə fizika üzrə fəlsəfə doktoru Həsən Əsgərov, texnika elmləri doktoru Əli Məmmədov ulu öndər H.Əliyev haqqında fikir və xatirələrini bölüşüblər.
Sonda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri