Dekabrın 11-də Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil və gül dəstəsi qoyub, dahi liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
BDU-nun rektoru vəzifəsini icra edən professor İradə Əliyeva Ulu Öndərin müdrik və qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, müdrik rəhbərin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşdirilməsindəki xidmətlərindən danışıb. Müstəqil Azərbaycanı uzaqgörən siyasətçinin şah əsəri adlandıran İ.Əliyeva Ümummilli Liderin xalqın qəlbində müqəddəslik zirvəsinə ucaldığını və hər kəsin ürəyində əbədi yaşayacağını qeyd edib. O, Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun sayəsində Azərbaycanın dünyada xüsusi nüfuza malik olduğunu, etibarlı tərəfdaş kimi tanındığını diqqətə çatdırıb.
Sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında Ulu Öndərin fəaliyyətinin Azərbaycan xalqının milli dirçəlişinə, öz hüquqlarını bərpa etməsinə, müstəqil, güclü, dünya birliyində nüfuz qazanmış bir dövlətin yaranmasına gətirib çıxardığını deyib. A.Mirzəzadə bildirib ki, müdrik siyasətçinin fəaliyyəti regionda sabitlik yaratmaqla yanaşı, dünyaya qüdrətli bir dövlət qurmaq təcrübəsini verib.
Anım tədbirində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, fakültənin ikinci kurs tələbəsi Əli Babazadə çıxış ediblər. Vurğulanıb ki, güclü, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin qüdrətini artırıb, onun dünya dövlətləri sırasında mövqeyini daha da gücləndirib.
Tədbir müdrik və uzaqgörən siyasətçinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.
BDU-nun Mətbuat Xidməti