Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki fotorubrika Qubadlı rayonu Qaralar kənd tam orta məktəbinə həsr olunub.
Bu təhsil ocağı 1986-cı ildə Qubadlı rayonunun Qaralar kəndində 8 illik məktəb kimi fəaliyyətə başlayıb. 1987-ci ildən isə tam orta məktəb statusu alan ümumi təhsil müəssisəsi 1993-cü ilin sentyabr ayından Sumqayıt şəhərində fəaliyyətini davam etdirib.
2001-2002-ci tədris ilindən isə məktəb Bakının Suraxanı rayonunun Ramana qəsəbəsində yeni tikilmiş binada fəaliyyət göstərir. İki korpusdan ibarət olan tədris binasında hər cür şərait yaradılıb.
Hazırda məktəbdə təhsil alan 640 şagirdin təlim-tərbiyəsi ilə 41 nəfərdən ibarət pedaqoji işçi heyəti məşğul olur.
Son illərdə məktəbi bitirən şagirdlərin 80-90 faizi ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər. 2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən məzunların 16 nəfərindən 15-i tələbə adını qazanıb, bununla da məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 94 faiz olub. Dövlət İmtahan Mərkəzi tərəfindən məzunların ali təhsil müəssisələrinə qəbulu ilə bağlı aparılan təhlillərin nəticəsinə görə, qeyd olunan məktəb dəfələrlə respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilib.
Məktəbin şagirdləri respublika səviyyəli layihələrdə iştirak etməklə bir çox uğurlar qazanıb, müxtəlif dərəcəli diplom və mükafatlara layiq görülüblər.
“Məktəbimizdə” rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər