Azərbaycan Alman Dili Müəllimləri Birliyinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə respublikamızın qərb bölgəsindəki ümumtəhsil məktəblərində və universitetlərdə alman dili fənnini tədris edən müəllimlər üçün seminar təşkil olunub.
Təşkil olunmuş görüşdə DAAD (Alman Akademik Mübadiləi Xdməti)-nin nümayəndələri Mara Liza Gezer, Michael Beek, ÖAD(Avstriya Akademik Mübadilə Xidməti)-nin nümayəndələri Stefanie Matzer, İvana Pazin, Azərbaycan Alman Dili Müəllimləri Birliyinin sədri Lətifə Qurbanova, digər nümayəndələri-Birliyin sədr müavini Zəhra Alıyeva, Elmi katibi Qahirə Axundova, İdarə heyətinin üzvləri Sevinc Rzayeva və Mina Rzayeva iştirak ediblər.
Əvvəlcə qonaqlar V tədris binasının nəzdində olan Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, sahəsi 360 kvadratmetr olan Nuru Paşa adına 30 min kitab fonduna malik kitabxana, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi və iki müxtəlif istiqamətlərdə fəaliyyət göstərən Kompüter Mərkəzində olublar.
Daha sonra Azərbaycan Alman Dili Müəllimləri Birliyinin, almaniyalı və avstriyalı mütəxəssilərin iştirakı ilə Gəncə Dövlət Universitetinin, eləcə də respublikanın qərb bölgəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin alman dili müəllimləri ilə seminar–təlim keçilib.
Bildirilib ki, Birliyin əsas məqsədi öz ətrafında daha çox alman dili fənnini tədris edən müəllimləri birləşdirmək, həmin müəllimlərin nəzəri və praktik təcrübədə qarşılaşdıqları problemləri aşkarlamaq və onların həllinə nail olmaqdır. Çıxışlarda vurğulanıb ki, Birliyin məqsədlərindən biri də cəmiyyətimizdə gənclərin alman dilinə olan marağının ildən ilə artmasına baxmayaraq bu dilin ümumtəhsil məktəblərində və universitetlərdə tədrisinin azalması səbəblərini müəyyənləşdirmək və yaranmış paradoksun aradan qaldırılması üçün təhlillər aparmaq və təsirli təşəbbüslərlə çıxış etməkdir.
Seminarda iştirak edən müəllimlərə sertifkatlar təqdim olunub.
Sonda alman qonaqlarla birlikdə Gəncə şəhərinin tarixi yerlərinə ekskursiya təşkil edilib.
Mətbuat Xidməti