Bakı Slavyan Universitetində (BSU) ERASMUS+ Petra layihəsi çərçivəsində Azərbaycanda Alman dili Müəllimləri Birliyi tərəfindən orta və ali məktəblərdə alman dilini tədris edən müəllimlər üçün ümumrespublika konfransı keçirilib.
Üç gün davam edən konfransa Bakı, Abşeron, Sumqayıt, Gəncə, Biləsuvar, Beyləqan üzrə orta və ali məktəblərdən ümumilikdə alman dilini tədris edən 41 müəllim qatılıb.
Konfrans çərçivəsində müəllimlər üçün treninqlər təşkil olunub. Treninqi açan BSU-nun elmi işlər üzrə prorektoru, professor R.Novruzov Almaniya ilə əlaqələrin ildən-ilə genişləndiyi bir dövrdə alman dilinə diqqət yetirilməsinin təbii olduğunu bildirib. O, BSU-da alman dilinin tədrisinin ənənəsi olduğunu qeyd edib. Treninqlərdən öncə Azərbaycanda Alman dili Müəllimləri Birliyinin idarə heyətinin üzvləri konfrans barədə ətraflı məlumat veriblər.
Azərbaycanda Alman dili Müəllimləri Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin müəllimi Lətifə Qurbanova birliyin fəaliyyəti barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, 2018-ci il 13 oktyabr tarixində yaradılan birliyin başlıca məqsədi Azərbaycanın orta və ali məktəblərində alman dili fənnini tədris edən müəllimləri öz ətrafında birləşdirmək, ölkəmizdə alman dilinin inkişafına yeni töhfələr vermək, birlik ətrafında geniş şəbəkə yaratmaqdır. Azərbaycanda Alman dili Müəllimləri Birliyinin 100-dən artıq üzvü olduğunu deyən sədr bildirib ki, BSU-da keçirilən konfrans birliyin qısa vaxt ərzində respublika üzrə artıq üçüncü konfransıdır. O deyib ki, daha əvvəl Gəncə və Bakıda orta məktəblərdə alman dilini tədris edən müəllimlər üçün treninqlər keçirilmişdisə, BSU-da keçirilən treninqlərə ali məktəb müəllimləri də cəlb olunub.
BSU-nun Alman filologiyası kafedrasının müdiri Sevinc Rzayeva bildirib ki, treninqlərin təşkil olunmasında məqsəd alman dilli müəllimlərin gələcəkdə xarici ölkələrdə seminar və təkmilləşdirmə kurslarında iştirakını təmin etmək, onlara beynəlxalq qrant və təqaüdlər qazandırmaq, elmi tədqiqat işləri aparmalarına köməklik göstərməkdir. S.Rzayeva konfransa qatılan müəllimlərə sonda sertifikat təqdim olunacağını qeyd edib.
YFU Azərbaycan Şagird Mübadiləsi Təşkilatının sədri Mina Rzayeva Alman dili Müəllimləri Birliyinin perspektivindən və planlarından danışaraq qeyd edib ki, qurum Beynəlxalq Alman dili Müəllimləri Birliyinə üzv olmaq istiqamətində mühüm işlər görür, beynəlxalq əməkdaşlığını genişləndirir.
Almaniyanın Höte adına Dövlət Mədəniyyət İnstitutunun tərəfdaşı olan Azərbaycanda Alman Dili Tədrisi Mərkəzinin rəhbəri Zəhra Alıyeva BSU-dakı konfransın Alman Akademik Mübadilə Xidməti (DAAD) və Avstriya Akademik Mübadilə Xidmətinin (OEAD) dəstəyi ilə keçirildiyini bildirib. O deyib ki, DAAD-ın nümayəndələri Rusudan Abşilova, Mara Liza Gezer, OEAD-ın nümayəndəsi Ştefani Matser üç günlük treninqlər çərçivəsində BSU-da mühazirə oxuyacaqlar.
Azərbaycanda Alman Dili Tədrisi Mərkəzinə Almaniyadan təcrübə keçmək üçün gələn Müriel Mathez BSU-da təşkil olunan konfransın işində könüllü iştirak etdiyini bildirib, Azərbaycan barədə müsbət fikirlərini bölüşüb.
Sonda iştirakçılar BSU-nun rəhbərliyinə yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlıq ediblər.

BSU-nun Mətbuat Xidməti