Zeynəb Məmmədyarova da deputatlığa namizəd olacaq

Zeynəb Məmmədyarova da deputatlığa namizəd olacaq Tanınmış şahmatçı Zeynəb Məmmədyarova fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək. Bu barədə Tehsil-pess.az-a beynəlxalq qrossmeysterin özü məlumat verib.
36 yaşlı şahmatçımız Sumqayıt şəhərindən deputatlığa namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Z. Məmmədyarova şahmatçı Şəhriyar Məmmədyarovun bacısıdır. O, 2013-cü ilin sentyabrında Sumqayıt bələdiyyəsinin sədr müavini seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər