Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” seriyasında dörddəbir finala yüksəlib

Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” seriyasında dörddəbir finala yüksəlib Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində cavab oyunları keçirilib.
Bu yarışda Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun rusiyalı şahmatçı Daniel Dubovla ikinci oyunu şahmatçımzın qələbəsi ilə başa çatıb. Ş.Məmmədyarov bununla da turnirin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, iyulun 12-də şahmatçımız rəqibi ilə ilk oyununu heç-heçə başa vurmuşdu.
Qran-Pri pley-off sistemi üzrə keçirilir. Yarışda göstərilən nəticələrə görə şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər