“Müdrik siyasi xadim” mövzusunda tədbir keçirilib

“Müdrik siyasi xadim” mövzusunda tədbir keçirilib Nizami rayonunda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Müdrik siyasi xadim” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
İcra başçısı Arif Qasımov dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxartdığını, ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayil Əliyev və Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova Azərbaycan xalqının xilaskarı olan və böyük siyasi xadim kimi tanınan Heydər Əliyevin ölkənin işıqlı sabahının etibarlı bünövrəsini qoyduğunu və Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən dirçəlişin onun adı ilə bağlı olduğunu bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər