"Əgər miqrantların hazırkı ABŞ torpaqlarına gəldikdən sonra yerli xalqa nələr etdiyini xatırlamaq istəyirsinizsə, bununla bağlı materialları ictimaiyyətə təqdim etməyə hazırıq".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
ABŞ Senatının "erməni soyqırımı" qətnaməsini qəbul etməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın buna qarşılıq olaraq ABŞ-da hindulara qarşı törədilən soyqırımı tanıyacağı ilə bağlı açıqlamasına dəstək verən Zaxarova, hər ölkənin öz xarici siyasətini, müzakirə prosesini qurmaq haqqına sahib olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Senatı 1915-ci ildə baş verən hadisələri "erməni soyqırımı" kimi tanıyıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə "bizim də bəzi qərarlar qəbul etməyimiz lazım ola bilər" sözlərini deyərək hindulara qarşı törədilən qətliamı tanıyacaqlarına işarə etmişdi.
Tehsil-press.az