“Nəsimi ili”nə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) maraqlı töhfə var.
Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə UNEC Yaradıcılıq Mərkəzi “Nəsimi” tamaşasını hazırlayıb. “UNEC Tələbə Teatrı”nın səhnələşdirdiyi tamaşa dahi şair-filosofun həyat və yaradıcılığını müxtəlif baxışlardan əks etdirir.
UNEC-in və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Nəsimi” tamaşası sözügedən ölkədə nümayiş etdiriləcək. Tamaşa dekabrın 10-da Ankara şəhərində, Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində təqdim olunacaq.
Qeyd edək ki, hazırda tamaşanın son məşqləri gedir. Tamaşada 13 tələbə-aktyor rol alıb. Ümumilikdə UNEC-in 18 nəfərdən ibarət heyəti dekabrın 9-da Türkiyəyə yola düşəcək.

UNEC-in Mətbuat Xidməti